Cari ildə Xarici dil müəllimləri sertifikaskyaya cəlb olundu. Test mərhələsini uğurla başa vurduqdan sonra müsahibə mərhələsində dolandırıcı xarici dil müəllimləri və kurikulum təlimçiləri müsahibənin məhz xarici dildə olacağını bildirib yüksək məbləğlə onları özlərinə cəlb etdilər. Ən gülməli tərəfi də budur ki, əslində heç biri metodika müəllimi də deyillər. Metodika sualları xarici dildə olacaqsa, bəs onda siz metodika bilirsinizmi? Kitab əzbərləməklə metodika müəllimi olmaq nə dərəcə düzgündür? Soruşsanız ki, metodikadan bir diplomunuz varmı deyə cavab verə bilməzlər! Çünki müəllimlərin zəifliklərindən istifadə edib, acizliyindən istifadə edib sadəcə pul qazanmaq dərdinə düşüblər. Gözlərini pul bürümüş bu şəxslər hətta yalandan and içir, müəllimləri çətin, stress halında qoyaraq onları özlərinə cəlb edirlər. Hətta fürsətdən istifadə edib yüksək məbləğ almaqdan da çəkinmirlər.
Burdan tehsilmedia.az saytı olaraq qeyd edirik ki, hörmətli müəllimlər, müsahibə Azərbaycan dilində olacaq. Metodika sualları məhz Azərbaycan dilində veriləcək. Dəfələrlə Nazirliyə müraciət edib maraqlanmışıq. Sadəcə pulgir, acgöz müəllimlər sizin hisslərinizlə oynayıb sizi aldatdılar. Hətta ədalət yerini tapsın deyə həmin müəllimlərə cavablarınızı verməyinizi və sizi aldatdıqlarına görə onlara sözlərinizi deməyinizi məsləhət bilirik. İnsanların hissləri ilə oynamaq, onları aldatmaq, onları ələ salmaq düzgün deyil. Heç bir halda qəbul olunmayıb, olunmayacaq. İnsan işini görərkən bir az vicdanlı olsa, daha yaxşı olar. O qədər yaşlı, cavan müəllimləri stressə salmaq, onlara problem yaşatmaq düzgün deyil.
Aldadan müəllimlərə ar olsun, ayıb olsun!