Bildiyimiz kimi 9 sentyabrdan etibarən müəllimlərin SERTİFİKASİYA müsahibə mərhələsinə başlanıldı. Başlanar başlanmaz özü ilə bərabər problemlər də özünü göstərdi. tehsilmedi.az saytı olaraq hər zaman müəllimlərin yanında olmuşuq və hər zaman onlara dəstək olmuşuq. Müəllimlərin səsi olmağa davam edirik.
Müsahibədə müəllimlərlə kobud danışığın olması, suallara cavab verilməsinə rağmən sırf sərt münasibətin göstərilməsi müəllimlər tərəfindən birmənalı qarşılanmadı. Sanki "kəsməyə" müəllim axtarırlarmış kimi həddi aşan xoşagəlməz danışıqlar özünü göstərir. Hər hansı müəllimin xasiyyəti, xarakteri, "kefi" nə görə müəllimlərin taleyi ilə oynamaq qəbuledilməzdir. Bu haqsızlığa bir dur demək lazımdır. ARTİ, MÜTDA müsahibə üçün seçilən direktor, direktor müavinləri, müəllimləri seçəndə əxlaqi dəyərləri, savadları, mənəvi keyfiyyətləri əsas götürülərək seçilməlidir. Müsahibə qarşındakı insanın ÜRƏYİNDƏN keçəni bilmək demək deyil!!! Suala düzgün cavab verməkdir. Pedaqoji prosesə aid sualları bəhanə kimi əllərinə götürüb istədikləri kimi müəllimlərlə rəftar edirlər. Müəllimlər metodiki sualları düzgün cavablandırırlar, buna əsasən pedaqoji prosesə dair suallar verir və "ürəklərindən keçən cavabı birəbir söyləmələrini istəyirlər". Bu necə biabırçılıqdır?!
Bu müəllimlər uşaq deyil. Hətta sizin övladlarınızı tərbiyələndirən, sizi tərbiyələndirən təcrübəli müəllimlərdir. İllərini təhsilə veriblər. Testi keçiblər, metodiki sualları cavablayıblar, indi durub pedaqoji prosesə aid dərsdə baş verə biləcək hər hansı xüsusiyyəti sırf sizin ürəyinizdəki olmadı deyə artıq-əskik danışa bilməzsiniz!
Müəllim adına, şəxsiyyətinə yaraşmayan hərəkətlər edirsiniz. Bəsdirin!
Bu direktor və direktor müavinlərini seçərkən niyə düzgün seçilməyib ki, indi bu oyunlardan çıxırlar. Dünyada müsahibə bir Azərbaycanda olmur. Kimi aldadırsınız? Kiminlə oyun oynayırsınız? Elə bir siz Dünya təcrübəsi ilə maraqlanırsınız? Bəsdirin! Siz müəllimlərin düşməni deyilsiniz!..
Onlar da sosial mühitdə, cəmiyyətin bir üzvü, bir ailə başçısı, illərin əməkdarı kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarıdır. Ailə saxlayırlar, məktəbdə fəaliyyət göstərirlər. İndi MİQ-in test mərhələsində, Sertifikasiyanın rus dilində etdiyiniz oyunları indi də müsahibəyə daşımayın. Görəsən hansı sualı versəm kəsilərlər deyə düşünmək yerinə günümüzə uyğun və MEYARLARA uyğun sualları verin. MEYARLARDAN KƏNAR SUAL VERƏNLƏRİN ELƏ ÖZLƏRİNİ İŞDƏN ÇIXARIN.