Müəllimlərin sertifikasiyaya hazırlığının müsbət tərəflərindən biri də onların xüsusilə kurikulumdan yeniliklərdən xəbərdar olmasıdır. Burda ARTİ öz üzərinə düşən vəzifəni yerinə yetirmədiyindən, Emin Əmrullayev düzgün qərarlar vermədiyindən və Eşqi Bağırovun bilərək etdiyi xoşagəlməz siyasət nəticəsində müəllimlər "öz boğazlarından kəsib ciblərindən çıxan pulu hesabına" kurikulum öyrənirlər. Burada hansı təlimçiyə qoşulmaları da rol oynayır. Çünki çox təlimçi heç metodika oxumamış, heç bir diplomu olmayan, sadəcə pula görə yalandan öyrənib dərs keçən müəllimlərdir. Nəzərə alsaq ki, ARTİ də metodist hazırlığı ilə əslində yenə də heç nə bilməyən metodist adı altında çoxlu savadsız "təlimçi" yetişdirmiş oldu. Bütün bunlar isə savadsız kəsimin yenidən savadsız qalmasını təmin etdi.
Bəs həqiqətən kurikulumu öyrənənlər? Ən ağır nəticə isə kurikulumun əslini öyrənənlər oldu. Çünki öyrənsələr də tətbiq edə bilmirlər. Direktor, Direktor müavini, Maarif, Regional hərəsi bir şey tələb edir. Gülünc tərəfi odur ki, artıq müəllimlər onlardan savadlıdırlar və etdiklərinin nə qədər savadsız olduğunu bilirlər. Öyrəndiklərini isə tətbiq etmədikdə unutmağa məhkumdular. Beləliklə də savadlı bir kadrdan danışmaq imkansızdır. Bunun üçün yuxarıdan dəyişikliyə başlamaq lazım idi. Müəllimdən başlamaq düzgün seçim deyildi. Üst təbəqələr tam və düzgün məlumat əldə etdikdən sonra yavaş-yavaş direktor və müavinləri, ən sonda müəllimlər qeydiyyatdan keçməli və imtahan verməli idilər. Bütün bu tərs sistem işi məhv etdi. Hələ rüşvətlə
5000-6000 verən savadsız müəllimləri demirik. Onlar pulu verdilər keçdilər. Burda Eşqi Bağırov qazansa da, bütün millət itirir. Sonra Emin Əmrullayev çıxıb savadsız kəsimdən danışır. Başlı - başına ziddiyyətli haldır.
Tutalım bir müəllim çox gözəl metodika bilir və tətbiq edir. Amma məktəbdəki digər həmkarlar bunu etmirsə, direktor, valideyn, şagird, digər müəllimlər narahat olur. Amma bütün müəllimlər eyni zamanda vahid sistemdə riayət etsə, belə olmaz. 2-3 məktəbdə yoxlama aparmaqla Azərbaycan adına qərar verməklə iş keçmir.
Belə sistemsiz və uğursuz işdənsə, etməsələr yaxşıdı. Onsuz direktor və müavinlərinin vəzifəyə necə gəldiyi göz önündədir. Onların sertifikasiyası nə olacaq? Ya da kimdən nə öyrənəcəklər? Başından çürük bünövrə üzrə iş görülür.