Xəbərlərdə belə bir informasiya qarşıma çıxdı.
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün iki günlük təlim keçirilib."
Bütün tələbatların TKTA-ya aid olduğu göstərilən bu təlimi MÜTDA təşkilatçılığı ilə niyə keçirilir?
Hətta səbəblər vurğulanır, TKTA-nın etdiyi vurğulanır və s. Amma MÜTDA təşkilatçılığı ilə.
Burdan ortaya səbəb çıxır. Niyə?
Nə səbəb ola bilər ki, iki agentlik birlikdə təşkilatçılıq edə və rəhbərliyə sadəcə 2 günlük təlim keçə.
Onsuz da Məktəbəqədər müəssisə rəhnərlərinin çoxunum vəzifəyə necə gəldiyini bilirik. Sual yaranır ki, "Pulu bölüşmək üçün iki qurum birlikdə mi hərəkət edirlər?"
Deyir ki,
"Qeyd edək ki, 2023-cü ildə 24-ü Bakı şəhəri olmaqla ümumilikdə 50 məktəbəqədər təhsil müəssisəsinin xarici keyfiyyət sistemi ilə bağlı TKTA yerli mühitə uyğunlaşdırılmış beynəlxalq alətlərdən istifadə edərək monitorinqlər həyata keçirib və hər müəssisə üçün hesabat hazırlanıb. Hesabatda göstərilən tövsiyələr əsasında MÜTDA mütamadi olaraq həmin müəssisələrin müdirləri ilə görüşlər keçirir və daxili keyfiyyət sisteminin yaradılması üçün dəstək göstərir."
Nə əlaqə???
Bu işə MÜTDA baxacaqsa, TKTA niyə var? TKTA baxacaqsa, MÜTDA niyə var?
Bu necə bir biabrçılıqdır? Yəni bu əsasla yaxşı bir şey etdiklərini sübut edərkən bu qədər anormal işləri necə yerinə yetirdiklərini qavramayacaq qədər problemli bir millət olduğumuzumu düşünürlər?
ETN niyə bu kimi anormal bir vəziyyətə münasibət bildirmir?
Yəni heç bu qurumlar hansı nə iş görür, nə səlahiyyətləri var onları da ayırd edə bilmir?
İki hədiyyə olaraq yaradılmış mənası qurumu bu qədər qarışdırmaq da düzgün deyil axı.