ARTİ-nin dolayı yolla bizim üçün gətirdiyi nəzəriyyələrdə uşağın əylənərək və həyatın özündə kəşf edərək maraqla öyrənməsi əsas göstərilir. Amma hələ də şagirdlər üçün bir məkanda məcburi sistem yaratmağa çalışırlar. Sadəcə burada müəyyən söz oyunları ilə insanları-müəllim, valideyn və şagirdləri heç də düzgün yönləndirmirlər. Şagirdyönümlü təhsil sistemindən, diferensiallıqdan danışarkən bir təlimçi də çıxıb demir ki, uşaqların təbii inkişaf yoluna müdaxilə etməməliyik. Uşaq ağaca çıxmaq istəyir. Buraxın çıxsın. Hətta ağacıı sevib sevmədiyini belə, orda gördüyü həşəratları, onların xüsusiyyətlərini, hisslərini, rabitəli nitqi, emosional inkişafını tam təmin edə bilirik. Yoxsa bizdə həbsxananın yeni versiyası kimi, fabrikadan paltar istehsal edər kimi bir nəticə əldə etmək aldatmaqdan başqa bir şey deyildir.
Əslində ARTİ təlimçilərini və işçilərini bu düşüncədən uzaqlaşdırmaq lazımdır bəlkə də. Başqa dünya olduğunu və insanları aldada bilsələr də, hələ də ağıllı və savadlıların olduğunu da unutmasınlar. Yaxşı olar ki, boş inkişaf adı altında kitab satmaq, təlim keçməklə məşğul olmaq yerinə bir az dərinliyə varsınlar. Təhsil oyuncaq deyil!