Ev tapşırıqlarının verilməsi təhsilimizdə ciddi bir problemə çevrilib. Bunun da başlıca günahkarı məhz ARTİ-dir və bu problemin həllini də onlar aradan qaldırmalıdırlar. Nə qədər dünya tədris sisteminə inteqrasiya etsək də, Azərbaycan mentalitetinə uyğunlaşma olmadığı müddətcə bu problemlər daha da artacaqdır. Çünki bizdə hələ tənqidi təfəkkür, metakoqnitiv bacarıqlar, şagird sferasında düşüncə o həddə gəlib çatmamışdır. Eynilə nə maddi vəziyyət, nə də valideynlərin savadı bunun üçün uyğun deyil.
ARTİ gündəlik planlaşma nümunısi verir, izahatlar verir. Amma heç birində ev tapşırıqlarının yoxlanılması, səhvlərin izahı yer almır. Burda əsas kimi dərsi dərsdə öyrənmə prosesinə keçid və biliyin bacarığa çevrilməsinin məhz 45 dəqiqəlik dərs prosesində olmasını əsas gətirirlər. Amma yaddaşın, Möhkəmləndirmənin və mövzukararası əlaqənin rolunu nəzərə almırlar. Eynilə uşaqlarda özünüinkişaf, öz üzərində işləmə, biliklərin daha da dərinləşdirilməsi hesaba alınmır. Xüsusilə dəqiq elmlərdə bu çox ciddi problem doğurur. Çünki uşaqlar tapşırıqları işləmədikdə dərk etmir, unudur, möhkəmlənmə olmur, dərsə qeyri-ciddi yanaşır. Tapşırıqların yoxlanılması baş verdikdə isə bu xeyli vaxt tələb edir, amma öyrənmə də daha çox bu zaman dərinləşir. Çünki uşaqlar bilmədiklərini soruşur, işləyir tam mənimsəmə baş verir. Nəzərə alsaq ki, hamı birbaşa tədrisdən istifadə etsə, onda da da şagirdyönümlü təhsildən söhbət gedə bilməz. Demək ki, icmal yazmaq anlayışını birbaşa xaricdən bizə gətirmək yerinə uyğunlaşdırma aparmaq və milli dəyərlərimizə, ölkəmizdəki təhsil vəziyyətinin təhlilinə də yer vermək lazım idi. Çoxunun adi yanaşdığı bu problem əslində bütün şagirdləri geri salan, inkişafını ləngidən və müəllimin işini daha çətinləşdirən bir haldır. Hansl ki bu haqda heç bir tədbir görülmür. Müəllimlər üçün heç bir köməkçi strategiya, üsul verilmir. Müəllimlərə izahat verilmədiyindən hım şagirdlərlə, həm də valideynlərlə ciddi problemlər yaşayırlar. Çarəni də keçmiş sistemlə dərs keçməkdə görürlər. Ya da ikisini qarışdırırlar. Amma yenə də günümüzün tələbini ödəməmiş sayılırlar...
Bütün problem isə ARTİ-dən qaynaqlanır. Çünki dərslərin hazırlanması, keçirilməsi, tapşırıqların yoxlanılmasına dair düzgün, günümüzün tələblərinə uyğun bir dərs quruluşu yaratmamışdır. Xarici mənbələrə istinad etsələr də, təhsil vəziyyətimizlə, uşaqlarımızın inkişafı ilə qətiyyən uyğunlaşdırmamışlar. Bu isə tamamilə yanlış addımdır. Heç professional yanaşma deyildir. Yeniliyi gətirmək istədikdə belə öncə bir yeniliyə hazırlıq mərhələsi keçirmək lazımdır. Daha sonra keçid etmək.
Ən azından ARTİ bu gün bütün fənlərdən vğ bütün metodlardan istifadə edilmiş dərsləri özləri keçib canlı göstərməli və müəllimlərə nümunə olmalıdırlar. Yəni nəzəri deyil, praktik dəstək olmalıdırlar..
Əgər bir şeydən bütün müəllim, məktəb, valideyn, şagird, cəmiyyət narazıdırsa, burda bir uğurdan söhbət gedə bilməz. Heç bir müəllim bunu dəstəkləmir. Bu ciddi bir problemdir və mütləq həllini tapmalıdır. Ev tapşırıq saatınl elan etmık yerinə bu problemin həllinə dair ictimaiyyəti məlumatlandırmaq çox önəmlidir.