Cəmiyyəti yetişdirənləri dolayı yolla "ŞİKƏST ETMƏKLƏ TƏHSİLİ İFLİC HALA SALIRSINIZ... Günümüzdə müəllim qədər yüklənmiş ikinci bir peşə sahibi yoxdur. Əvvəllər müəllim sadəcə dərsini deyirdi və məsuliyyəti həddən artıq dərəcə aydın idi. Hər kəs müəllimə hörmət də edirdi, etibar da edirdi.
İndi isə biz müəllimdən həm pedaqoq, həm metodist, həm psixoloq, həm idarəedici, həm mühəndis, həm tərcüməçi, həm defektoloq, həm loqoped, həm həkim olmasını istəyirlər. Bir müəllimi bu qədər yükləmək- stress vəziyyətinə salmaq düzgün deyil. "Bir əldə iki qarpız tutmaq olmaz" deyiblər. Müəllimlərin əllərinə 20 qarpız veriblər hamı da onları izləyir. Bu çox ağır və ağlasığmaz dərəcədə yüklənmiş müəllimləri alçaltmaq, incitmək vicdansızlıqdan başqa bir şey deyildir.
Real olaraq bildirirəm ki, bu mübaliğə deyil, həqiqətdir. Bu həqiqət isə əsas verir biz bildirək ki, bu stress altında müəllimlərə sevmək, rahat nəfəs almaq, motivə etmək üçün heç bir şans verilməyib. Əksinə onlar psixoloji problemlərlə, sağlıq problemləri ilə boğuşmaq və "şikəst olmaq" həddinə gəlib çatıblar.
Bu qədər müəllimin üstünə düşməyə "Təhsil gələcəyimizdir" deyə don geyindirmək düzgündürsə, bəs niyə təhsildən kənar digər qurumlar da can verir. Bir şəxsiyyət yetişdirmək partalarla olmur. Bir cəmiyyətlə olur. Cəmiyyəti yetişdirənləri dolayı yolla "ŞİKƏST ETMƏKLƏ TƏHSİLİ İFLİC HALA SALIRSINIZ...