Masallı Təhsilində COP29 ərəfəsində qəsdən kütləvi narazılıq yaradılır.
Masallı məktəblərində müəllimlərin dərs saatları tamamilə ayrı-seçkilik əsasında verilir. Nə diaqnostik bal, nə sertifikasiya balı burada heç bir rol oynamır. Dəfələrlə şikayət olunsa da, "arxamızda yaxşı adamımız var,h nə edə bilməzsiniz" fikirləri özünə təsdiü tapmış və bütün şikayətlər dəyərləndirilmişdir. Masallı Rayon Vətən Qəhramanı İntiqam Əsgərli adına 3 sayli orta məktəbdə özbaşınalıq inanılmaz həddə gəlib çıxıb. Əvvəlcədən işdən atılmış, xoşagəlməz və əxlaqa uyğub olmayan xəbərləri ilə məşhur olan, Cənub xəbərlərində adından söz etdirən Hakim Qurbanov direktor vəzifəsinə keçmiş və şəxsi "keyfinə" uyğun olaraq dərs bölgüsü aparmış, istədiyi müəllimlərin dərs saatını alıb, istədiyininkini artırır. Üstəlik məktəbdə adı gedib özü işləməyən müəllimlərin, davamiyyəti bərbat olan müəllimlərin olması da diqqətdən yayınmır.
Burada direktor müavini Nailə Əsədullayevdən mütləq danışmaq lazımdır. Çünki vaxtilə işdən atılıb sonra güc-bəla işə bərpa olunan Nailə xanım bütün qanunsuz əməllərə yol atır. Yaşı da öz sözünü deyir deyə artıq işdən çıxacağı üçün rahatlıqla istədiklərini edir. Ülvi Məmmədova çox dərs vermək üçün dediyi yalanlar, adı məktəbdə gedən amma gəlməyən Aynurə müəllimi, dərsə istədiyi vaxt gələn müəllimi qorumaq vəzifəsini də elə Nailə xanım üzərinə götürüb. Orta ixtisas təhsilli müəllimə 32 saat idman dərsləri verilib amma heç bir əsas yox, sadəcə yalanlar deyilir.
Bir təhsil sahəsi ki, bu qədər qanunsuz idarə oluna, müəllimlər bir-birindən dərs saatı "oğurlamaq" üçün belə hallar yarada, direktor və müavini hər cür ayrı-seçkilik edə, belə yerdə hansı təlim-tərbiyədən danışmaq olar?
Artıq müəllimlər planlaşmasını hazırlayıb dərslərini qaydaya salarkən dərs bölgüsü aparmaq, saatları "keflərinə" görə paylamaq nədir?! Bu necə özbaşınalıqdır?!
Niyə Cop 29 ərəfəsində davamlı şikayətlər olunan bölgəyə belə - işdən çıxarılmış və güclə işinə bərpa edilən insanlar gətirilir?!
Maaşların verilməsi vaxtı bu narazılıqların qarşısı necə alınacaq? Bütün Masallı bölgəsində narazılıqlar son həddə çatıb. Artıq müəllimlər səslərini duyurub Nazirliyin bir çarə tapmalarını istəyir.
Xüsusilə dünyamiqyaslı bir tədbir zamanı bu tip kütləvi narazılıq yaradılmasını qınayırlar.