Naxçıvan təhsilində irəliləyiş olduğu qeyd edilir. Gəlin daha dəqiqləşdirək: Naxçıvan Təhsilində irəliləyiş yoxdur, sadəcə əvvəl ayrı idi, indi Təhsil Naziri Elxan Nəcəfov olduğundan eyni Azərbaycandakı siyasətini davam etdirir. Yəni artıq Naxçıvan da eyni bizimlə eyni təhsil sistemini davam etdirir. Yəni irəliləyişdən söhbət gedə bilməz. Sadəcə bir dəyişiklikdir. Daha çox Hədəf kurslarından tanınan Elxan Nəcəfov ARTİ Beynəlxaq əlaqələndirmə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Qeyd edək ki, indi həmin vəzifəni Aynur Rüstəmova yerinə yetirir. Birbaşa təlimlərin keçirilməsi, müxtəlif bölgələrdə müəllimlərin təlimə cəlb olunması oyunun elə əsasını da birbaşa özü qoyub. Normal ixtisasartırmaya gedib maddi-mənəvi təmin olunub, bütün qayğılardan azad şəkildə ixtisasını artırmaq ləğv edilərkən belə bir oyunun da əsası qoyuldu. Layihələr qəbul edildi, pullar yazıldı, hamı daha çox pul qazandı. Məhv olan isə bizim təhsilimiz oldu. Təlimlərin uğursuzluğundan və uğursuzluq səbəblərdən Təhsilmedia saytı olaraq kifayət qədər yazdığımızdan bura da yenidən danışmağın mənası yoxdur. Tək onu deyə bilərik ki, saxtakarlıq edib sadəcə pul qazanmağa çalışmaqdan başqa heç bir iş görməmişdir. Bütünlüklə müəllimlərə 18 ildə heç nə öyrədə bilmədikləri təlimlər, iştirak etməyib adın yazdıranlar, saxta sertifikatlar, adı gedən təlimçilər, heç nə öyrətməyə qadir olmayıb yola verilən təlimlər, göylərdə uçuşan sertifikatların sahibi məhz Elxan Nəcəfovdur.
Bundan sonra Lənkəran-Astara Regional Təhsil İdarəsinə keçid etdi. Kifayət qədər korrupsiya işləri keçirdi. Bütün vəzifələri satışa çıxardı. Direktorluq imtahanından kəsilənləri, müavinləri hamısın pul qarşılığında vəzifəyə təyin etdi. Kursları ləğv edib ancaq hədəflə işləmələrini təmin etmək, rüşvətlə kursların açılışı, bütün işçilərin işdən ərizə yazıb çıxmalarını təmin etdikdən sonra yüksək bir "tas" ilə çoxlu işçilər qəbul etdi. Ən bərbat tərəfi isə narkaman, pedofil, əxlaqsız bir çox insanlar var idi ki, insanlar onların əlindən birtəhər olmuşdular, onlara da rüşvətlə çox gözəl iş, vəzifə verdi. Hər kəsin barmaqla göstərdiyi adını düz yaza bilməyən onlarla işçini də işə götürdü. Hamı tanıyıb heyrətə düşdü, hər yerdən özünə xəbərçilər də tapdı ki, daha rahat vəzifələri təmin etsin. Hamını işdən çıxardıb rüşvətlə yüzlərlə insanı işə götürdü, bölgələri kurs meydanına çevirdi, üstəlik hər yerə Hədəf kursunu da "soxuşdurdu" . İşlədiyi müddətdə heç kimlə görüşmədi, ancaq rüşvətlə işlərini həll etdi. Uğur kimi sadəcə ARTİ-dən keçmiş iş yoldaşlarını yanında gəzdirmək oldu ki, onun da təhsil və ya müəllimlər üçün heç bir faydası olmadı. Yerinə qoyduğu Aynur Rüstəmova və digər bir neçə şəxslə guya bir iş gördü. Əksinə heç kim getmək istəmədiyi halda getməyənləri işdən çıxarmaqla hədələdi. Lənkəran - Astara bölgəsini bütün iflic etdikdən sonra Naxçıvana Təhsil Naziri getdi. Təbii ki, bu qədər yığıdığı rüşvətlə istəsə dünyanın da təhsil naziri keçə bilər. Bütün milləti sömürdükdən sonra Naxçıvana gedib Azərbaycandakı sistemi yenidən cızmağa başladı. Yani bu bir uğur deyil, yenilik deyil, inkişaf deyil. Azərbaycan bədbəxtliyininin əsasıdır.
Emin Əmrullayevin o möhtəşəm siyasəti ilə rüşvətlə, daydayla yaşa, var ol, ARTİ, Lənkəran - Astara Regionalı, Naxçıvan...