Sertifikasiya müsahibə mərhələsinin ciddi problemlərindən biri də müsahibə götürənlərin direktor olmasıdır. Əvvəla, heç direktora şagird seçmək hüququ verilməyib, müəllim seçmək hüququ verilməyib, amma Metodikadan müsahibə götürürlər. Fərqli xarakterlər, düşüncələr, hətta "vəzifə satın alanlar", "illərin acığını çıxmağa çalışanlar" qeydsiz-şərtsiz müsahibə götürürlər. Bəziləri səhv-düzü ayırd edə bilmirlər. Eqoist və təkəbbürlü direktorlar böyüklüklərini bir də müsahibədə göstərirlər. Müəllimi ağladan, kobud şəkildə acılayan, mövzudan heç xəbəri olmayan, hətta danışığı, yazısı düzgün olmayanlar - hər cür direktora rast gəldik.
Nəzərə alın ki, bizdə direktorlar hələ də ədalətsiz şəkildə seçilir.
Direktor imtahanı olmasına fikir verməyin.
Müsahibə mərhələsini həqiqətən direktorlar götürməlidir? Bir düşünün daha səlahiyyətli şəxslərin götürməsi lazım deyilmi?