Təhilmedia.az saytı olaraq Elxan Nəcəfov haqqında yazdığımız məlumatlardan sonra yeni şikayətlər gəlməyə davam etdi. Sadəcə məsələ burasındadır ki, müəllimlər o qədər qorxudulublar ki, hamısı ailə dolandırırıq işə ehtiyacımız var ona görə susuruq deyirlər.
Naxçıvan məktəblərində gözətçi və xadimə işləyənlərin maaşından 150 azn tutulduğu və bunun Qarabağ Dirçəliş Fonduna gedəcəyini bildirirlər. Bu qərar birbaşa Təhsil Naziri tərəfindən verilib. Maaşı kəsilənlər isə iddia edirlər ki, bu pul birbaşa Elxan Nəcəfovun cibinə gedir. Bu işdə Fuad Nəcəflinin də əli olduğu bildirilir. Bu xəbərin paylaşılmasından sonra hədə-qorxu əsasında xəbəri təkzib etmişdirlər.
Amma müəllimlər könüllü adı altında məcburi maaşların kəsildiyini bildirir və haqlarını tələbe edirlər.
Bundan əlavə kursları bağlayıb ilk dəfə Naxçıvanda Elxan Nəcəfovun şərəfinə HƏDƏF kursu yaratdılar. Müdür Əbdüləli müəllimi də işdən çıxarıb sıravi müəllim sırasına salıb. Öz "ustadına kəm baxmayan" Elxan müəllim Hədəf Kursunun qazancı üçün Lənkəran - Astara Regional bölgəsində etdiyini Naxçıvanda da yerinə yetirdi. Beləliklə, məktəbdə hazırlıqları ləğv edib, kursların ləğv edilməsini əldə etdikdən sonra HƏDƏF kursu açaraq. Əvvəl işlədiyi Hədəf kursunun gəlirinin daha da artmasına, bununla da özününün qazancının artmasına səbəb olmuşdur.
Şahmat dərsdənkənar məşğələsindən də müəllimlərin maaşını yarıya endirib. Səbəb kimi bildirib ki, məktəbdə işlədiyinizə görə dərsdənkənar məşğələyə tam ştat iş olmaz. Yarım olmalıdır. Uşaq sayını da 5-6 deyil, əvvəllər 12 uşaq olurdusa, indi 24 uşaq ediblər.
Elxan Nəcəfovun qardaşı Elsen avto şkolada işləyəndə kitab dərc edib onu sürücülük təhsili alan hər kəsə zorla satır. Qardaşını da unutmayan Elxan Nəcəfov qardaşının kitabını hər kəsə zorla satmaqla da qazancını artırmışdır.
Univeristetdə də eynilə öz kitabları məcburi satışını həyata keçirirdir.