Elxan Nəcəfovun rüşvətxorluqları, saxtakarlıqları, müəllimlərə etdiyi mobbinqlər haqqında əsaslı dəlillərlə paylaşımlar etsək də, bu haqda konkret dəlillərlə məhkəməsi olsa da, nəinki Təhsil Naziri vəzifəsindən azad edilmək, hətta azadlıqdan məhrum edilməli olsa da, heç bir addım atılmır.Cənab İlham Əliyev bu kimi xalqın qanını içən məmurların haqqında yazılması, ictimai qınaq yaradılması və işdən azad edilib dərhal tədbir görülməsi haqqında qəti şəkildə məlumat versə də, görünən odur ki, heç bir addım atmırlar. Hazırda Əli Vəliyev qeyd etdiyimiz ki, Təhsil Naziri postuna keçmək üzrədir və eyni şəkildə iddia olunur ki, Elxan Nəcəfov bur müddət həm məhkəməni uzadaraq, həm də sakitliyi bərpa edib olanların unudulması ilə Bakıda vəzifəyə gələcəkdir. Dəfələrlə verdildiyi vəzifədə qanunsuzluq, rüşvətxorluq, korrupsiya əməlləri ilə fərqlənən bir şəxsi necə ola bilir ki, bütün əməllərindən xəbərdar ola-ola yenidən vəzifəyə təyin etsinlər?! Həqiqətən hər yerdə "Mənim hər yerdə adamım var, heç kim mənə heç nə edə bilməz! Mən həmişə vəzifədə olacam!" deyə təhqir, şantaj, mobbinqlər edən birinə cavab verə bilən bir kəs yoxdurmu?
Biz dövlətimizi, təhsilimizi, müəllim-şagirdlərin taleyini belə birinə niyə əmanət etməliyik?! Niyə bütün etdikləri unudulsun vəzifəyə keçsin deyə gözləməliyik? Niyə məhkəməsi uzadılsın, etdiyi səhvlər ortaya çıxmasın, üzr istəmək məcburiyyətində qalmasın deyə çalışırıq. Bəs onda Alİ Baş Komandirimiz niyə bizə məlumat verir, niyə bizdən də xalqın bir övladı kimi dəstək gözləyir?!
Əvvəlki vəzifəsində Aynur Rüstəmova olduğu üçün çox güman həmin vəzifəyə qayıtması mümkün deyil. Görünən odur ki, özü oturdub və çox güman vəzifəni satın alıb. Amma Bakıda hansı vəzifəyə oturmasından asılı olmayaraq belə bir şəxsin təhsildə və ya digər sahələrdə işlə təmin olunması, vaxta buraxıb etdiklərini, şikəst etdiyi təhsili özbaşına buraxılması düzgün addın deyil.
Aidiyyatı qurumların məsələni ələ alması və düzgün qərar verməsini tələb edirik!