Elektrik sistemi sıradan çıxıb, divarlarda iri çatlar əmələ gəlib.
TehsilMedia.az xəbər verir ki, 35 ildən çoxdur ki, istifadəyə verilən Xaçmaz rayon Ləcət kənd tam orta məktəbi yararsız haldadır. 3 mərtəbəli təhsil ocağının idman zalı təhlükəli vəziyyətə görə bağlıdır. Və ora məktəblilər buraxılmırlar. Valideynlər yeni məktəbin tikilməsini zəruri hesab edirlər.
Məktəbin direktor əvəzi
Murad Daşdəmirov təhsil ocağının tikintisi zamanı səhvə yol verildiyini və mövcud vəziyyətə də məhz bunun səbəb olduğunu deyir.
Məsələ ilə bağlı Quba-Xaçmaz regional təhsil idarəsinin Xaçmaz təhsil sektorunun aparıcı məsləhətçisi
Fikrət Heybətov bildirib ki, 2023-2024-cü tədris ili üçün Xaçmaz rayonunda 4 yeni məktəb binasının tikintisi nəzərdə tutulub. Ləcət kənd tam orta məktəbi də söküləcək və yerində yeni məktəb binası inşa ediləcək.