Ağdaş rayon Ərəbşəki kənd ümumi orta məktəbində 65 yaşlı direktor müavini və eyni zamanda tarix müəllimi kimi fəaliyyət göstərən
Qabil Yusibov məktəbin gənc müəllimlərinin xəlvət şəkillərini çəkib.
Bu barədə
TehsilMedia.az-a daxil olan şikayətdə bildirilib. Verilən məlumata əsasən, həmin müəllimlərə həm də kobud münasibət göstərib. Müəllimlərin əksəriyyəti ağsaqqal olduğu üçün onun bu hərəkətlərinə əhəmiyyət verməyib. Direktor dəfələrlə Qabil Yusibova xəbərdarlıq edib. Buna baxmayaraq, eyni vəziyyət hələ də davam edir. Müəllimlər bu vəziyyətdən olduqca narahat və narazıdır.
Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunub.
Ümid edirik ki, Q.Yusibov barəsində tezliklə tədbir görüləcək.
TƏHSİL MEDİA