Astara şəhər 6 saylı tam orta məktəbində həmin məktəbin direktoru Bayramova Ülviyyə Aydın qızının özbaşınalıqları hökm sürür.
TehsilMedia.az-a daxil olan məlumata görə, dərslərdə nə şagirdlər, nə də müəllimlər iştirak edir.
Uşaqlardan və müəllimlərdən pul aldığına görə, onların dərslərdə iştirak etməmələrinə heç nə demir. Hətta bir xanımla prinsipi var deyə həmin xanımın nəvəsinin arayışına xarakter məlumatlarına zəif yazdırıb.
Ü. Bayramova məktəbdən öz biznesi kimi istifadə edir. Həmin direktorun rüşvətxorluğu baş alıb gedir.
Bu məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunub. Ümid edirik ki, direktor barədə lazımlı tədbirlər görüləcək.
TƏHSİL MEDİA