Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli məktəbin direktoru Səidə Şükürova və onun tərəfadarlarının etdiyi qanunsuzluqlar barədə aidiyyatı qurumlara müraciət etdiyi üçün həmin məktəbdə işləyən şəxsi işdən çıxarıblar.
TehsilMedia.az-a daxil olan məlumata görə, məktəbin direktoru
Səidə Şükürova insanları şərləyərək işdən çıxartmaq üçün iyrənc, insanlığa yaraşmayan, çirkin əməllərə əl atmaqdan çəkinmir. Bunun səbəbi isə, həmin şəxsin direktorun qanunsuz əməllərindən xəbərdar olmasıdır.
Elm ocağından, gələcəyimizin formalaşdığı yerdən, yəni məktəbdən Səidə Şükürova öz şəxsi maraqları üçün saxtakarlıqlara əl atıb.
S. Şükürova və onun tərəfdarları elmə “töhvə” vermək yerinə, elm ocağından sui-istifadə edir.
Bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunsa da, heç bir tədbir görülməyib.
Ümid edirik ki, bu yazımızdan sonra, bu problemlə bağlı aidiyyatı qurumlar tezliklə tədbir görəcəklər.
TƏHSİL MEDİA