Sabirabadda narkomanlar Sabirabad şəhər M.Müşviq adına 4 saylı tam orta məktəbdə narkomanlar şagordlərin gözlərinin önündə narkotik vasitədən istifadə edirlər.
Bu barədə
TehsilMedia.az-a şikayət daxil olub. Araşdırmalara əsasən narkotik maddələrdən istifadə ən çox yeniyetməlik dövründə başlayır. Və əgər psixotrop maddələrdən uşaqların yanında istifadə olunarsa, bu onlarda maraq hissi oyadar.
Elə bu baxımdan valideynlər narkomanların məktəbə daxil olmasından çox narahatdırlar.
Valideynlərin şikayətlənir ki, məktəb rəhbərliyi hara baxır ki, narkomanlar rahatlıqla məktəbə yığışıb buradan narkomaniya yuvası kimi istifadə edə bilirlər?
Valideynlər deyir ki, övladlarının həyatı böyük təhlükədədir.
Apardığımız araşdırmadan belə məlum oldu ki, həmin məktəbin qapısı istənilən təhlükəyə açıqdır. İstər terrora, istərsə də norkotacirlərin üzünə...
TƏHSİL MEDİA