Azərbaycan Dövlət Aqrar Universitetinin adının qeyd olunmasını istəməyən tələbəsi bu universitetdə baş verən pozuntulardan bəhs edib.
Onun sözlərinə görə, ADAU-ya yeni təyin olunmuş
Zəfər Qurbanov ölkə başçısının rüşvət, korrupsiya və saxtakarlığa qarşı yürütdüyü siyasətə məhəl qoymayaraq çalışdığının 1 ili tamam olmadan öz şəxsi maraqlarına uyğun olaraq rəhbəri olduğu universiteti öz qanunlarıyla idarə etməyə başladı. O bildirib ki, özünü şəfafflıq simvolu kimi təqdim edən Z.Qurbanovun 4 iyul 2023-cü il tarixində saxta yollarla diplom verməyə çalışdığının şahidi olduq. 5 ildə bir dəfə də olsun auditoriya otağına daxil olmayan, heç bir imtahan və sessiyalarda iştirak etməyən, Universitetin Daxili Nəzarət şöbəsinin müdiri olduğu halda, qayda-qanunları özü pozan
Bəşir Bağırzadəyə saxta əmr verərək onu dövlət imtahanına buraxıb.
Maraqlıdır, B. Bağırzadənin hər hansı bir vəzifəni icra etməsi, rektorun qara kassası olması, bu əmrin verilməsini qanuniləşdirirmi? Nəzərinizə çatdırırıq ki, bütün bu məlumatlar faktlara söykənərək yazılıb. Universitetin İqtisadiyyat fakültəsinin V kurs tələbələri öz etirazlarını yazılı şəkildə bildiriblər.
Tələbənin sözlərinə əsasən, ətrafdakı hər kəs normal düşüncəli, bəlli bir yaşa çatmış, hadisələri olduğu kimi analiz edəcək bir məqama çatdığına görə, bütün bu olanların fərqindədir.
Əgər “ədalətli iş prinsip”inizin bir parçası olan otaqlara quraşdırılmış kameralara nəzər yetirsəniz, görərsiniz ki, sizin o həmin Daxili Nəzarət Şöbəsinin müdiri heç sessiya boyu auditoriyada görsənməyib. Bəs 5 ildə ildə bir dəfə də olsun auditoriya otağına daxil olmayan “silah yoldaş”nızı, “yol yoldaşı”nızı hansı ədalətə söykənərək qeyri-qanuni əmrlə imtahana buraxırsınız?
Qeyd edilən faktlarla bağlı aidiyyatı orqanlara müraciət olunub. Ümid edirik ki, bu problem tezliklə həll olunacaq.