Beyləqan rayon Əli Rüstəmov adına 1 Şahsevən kənd 2 nömrəli tam orta məktəbdə vəziyyət acınacaqlıdır. Hǝmin məktəb 1936-cı ildə tikilib.
Tehsilmedia.az-a daxil olan şikayətǝ görə, məktəbin hasarı yoxdur və stansiyaya yaxın yerləşdiyinǝ görə, yad insanlar məktəbin həyətindən keçirlər. Bununla yanaşı, məktəbin kitabxanası ilanlarla doludur. Kitabxaçı hər gün kitabxanaya ilan dərmanı qoymaq mǝcburiyyǝtindǝ qalır. Verilən məlumata əsasən, 2020-ci ildǝ Tǝhsil Nazirliyinǝ müraciət olunub. Cavab olaraq bildirib ki, Beyləqanda iki məktəb tikiləcək, biri dǝ sizin məktəb olacaq. Amma iki ildir səs-soraq yoxdur. Görəsən aidiyyəti qurumlar bu məsələnin həlli üçün niyə bir tədbir görmürlər?
Ümid edirik ki, tezliklə bu problem həll olunar.
Ülkər Abdurahmanlı