Lerik rayonunun Tikəbənd kənd tam orta məktəbində məktəbin fiziki tərbiyə müəllimi 2 ildir İdman Akademiyasında əyani təhsil alır.
Tehsilmedia.az-a daxil olan şikayətə görə, həmin müəllim eyni zamanda məktəbdə də 18 saat dərs deyir. Əlavə olaraq qeyd olunub ki, həmin müəllim 9-cu sinfin sinif rəhbəridir. Maraqlısı odur ki, müəllim əyani şəkildə təhsil aldığı halda, orta məktəbdə necə dərs tədris edə bilir? Bu hansı qanunla nizamlanır?
Bu barədə aidiyyatı qurumlara müraciət olunub.
Ümid edirik ki, tezliklə bu problem həll yolunu tapacaq.
Ülkər Abdurahmanlı