Yenə də mənə mükafat təklif olundu. Adı da belədir: "Azərbaycanın fəxri".
İllər, aylar öncə dəfələrlə imtina etdiyim "Qızıl qələm" mükafatı kimi, ödənişli.
Bu dəfə təklif olunan mükafatdan neçə-neçə direktorun, təhsil işçilərinin 200-250 manata aldığını da bilirik. O mükafat deyil. O, dükandan alınan adi bir kağız parçası və kubokdur. Əsl mükafat ödənişsiz olar. Layiq bilinən insana pullu təltif lazım deyil.
Ulu Öndərin adından istifadə edib, "Azərbaycanın fəxri" adını ucuzlaşdırmağa çalışanlara ar olsun. Bu mükafatı ləyaqətlə, vicdanla, rüşvətsiz çalışan, şərəflə çalışan insanlara təmənnasız təqdim etmək vacib.
Həyatım boyu pullu mükafat almamışam və almaram da. Mənə təklif etməyin bu cür çirkin təltiflərinizi.
Mükafata əsl təhsil ziyalısı Misir Mardanov , dövlət başçımız Ali Baş Komandanımız İlham Əliyevdən layiq görülmüşəm. O cür zirvə insanları işimi görüb, layiq bilib, mükafatı təqdim ediblər. Təhsildəki fəaliyyətimə görə tam təmənnasız ən böyük mükafatla pulsuz təltif olunmuşam. Bu mənə yetər.
Ləyaqətli və əsl ziyalı insanlar var olsun!