Formal və informal təhsilə dair çoxlu "işlər" görülür. Əsl məqsəd nədir? Saç ustası, stilist, vizajist, dərzi, usta və ya dayələri qiymətləndirir, təlim keçirir, sənəd verirsiniz. Bura qədər gözəl. Bundan sonrası üçün maraqlı məqamlar var:
- İşlə təmin edirsinizmi?
- Əlavə ödəniş verirsinizmi?
- Pensiya verirsinizmi?
Sənətə sənəd verirsiniz. Bu sənədin əhəmiyyəti nədir? Burdakı yoxlanışın olub qiymətləndirilməsi hansı meyarlara söykənir?
Azərbaycanda işsiz müəllim ordusu var. Diplomları əllərində satıcı işləyirlər, işsiz qalıblar, dövlət işlə təmin etmir. MİQ oyunları ilə təhsildən soyudulmaqla məşğuldurlar. Siz də bir yandan sənəd yığırsınız. Vərəq paylayırsınız.
Bu mədəni siyasətin kökü digər sənədsizlərin işsizləşdirilməsi olmasın?
Üstəlik, diplomların tanınması da ayrı problemdir. Əvvəl hamı istədiyi yerdə təhsil alırdı. Burada dövlət sifarişli oxumaq imkansız kimidi, Tələbə Kredit Fondu kredit verməmək üçün çalışır, universitet dövlət sifarişli yer vermir. Siz də oxumağa imkan vermirsiz. Onsuz da hamı xaricdə təhsilə üstünlük verir. Bu gedişlə Azərbaycana da qayıdan olmayacaq. Heyf o vaxtlardan ki, biz xaricə tələbə göndərib ölkəmizin inkişafına təkan verirdik. İndi sadəcə pul mənbəyi məndə olsun düşüncəsi var.
Universitetlərin yoxlanılıb qiymətləndirilməsi də ayrı bir problemdir. Universitetlər ixtisaslaşma verir. Vermirsə, deyin bağlasınlar. Verirsə, o müəllim kollektivinə hörmətsizlikdən başqa bir şey deyil.
Əslində belə də etmək olar: Gəlin bütün universitetlər və TKTA işçiləri arasında savad yarışı keçirək: Savad, bacarıq, təfəkkür. Maraqlıdır ki, kim kimə təlim keçməlidir?
Həqiqətən bu TKTA-nı kim yoxlayıb "Kafi" qiymət verib təlim keçsin?!