Sosial şəbəkədə diqqətimizi çəkən bir məsələyə münasibətimizi bildirmək istərdik.
Məktəb təlim tərbiyə müəssisəsidir. Burada fərqli mühitdən, fərqli ailələrdən gələn və fərqli düşüncədə olan uşaqlar tərbiyələnirlər. Gələcəyə hazırlanır, cəmiyyətin yararlı bir şəxsiyyətinə çevrilirlər. Amma bu bəzən heç də asan olmur. Bu vəzifələri də sadəcə müəllimin boynuna qoymaq düzgün yanaşma deyil. Biz bu gün şagirdləri düzgün şəkildə tərbiyələndirmək üçün "Təhsil üçbucağı" anlayışından istifadə edirik. Yəni, bir uşağı tərbiyələndirmək üçün müəllim - şagird-valideyn birlikdə işləməlidir. Necə deyərlər : "Tək əldən səs çıxmaz".
Üstəlik əgər uşaq xüsusi qayğıya ehtiyacı olan uşaqdırsa, bu uşağa nəinki müəllim-valideyn ortaq şəkildə yanaşmalı, hətta müəllim kollektivi, rəhbərlik, təlim-tərbiyə işləri üzrə hissə müdiri, psixoloq, lazım gəlsə tibbi heyyət yardım göstərməlidir.
Şagirdin "Ödənişsiz şəkildə Psixoloji yardım almaq hüququ" vardır. Məktəb buna şərait yaratmalıdır. Müəllim problemi təkbaşına həll edə bilmirsə, valideynə müraciət etməli, yardım istəməli, bu çarə etmədikdə, psixoloqa müraciət etməli, bu da problemi həll etmədikdə rəhbərliyə bildirməlidir.
Bu problem mütləq həllini tapmalıdır. Hər kəs öz üzərindən məsuliyyətini atmaqla iş bitmir. Əksinə daha da böyüyür. Cəmiyyət üçün bir bəlaya çevrilir. Qarşısıalınmaz hadisələrin yaranmaması üçün problemin səbəbi müəyyənləşdirilməli və mütləq aradan qaldırılmalıdır.
Görünür ki, qeyd edilən uşağın əqli problemləri var. Müəllimin dəstəyi bu problemi həll etməyəcək. Hələ də valideynlər uşaqla belə rəftar edirlərsə, bu uşaq cəmiyyət üçün təhdidə çevriləcəkdir.
İndi isə haqqında danışılan yazını sizlərə təqdim edirik:
"Mənim sinfimdə tərbiyəsiz uşaq var. İdarə etmək olmur. Soyunur dərsdə söyüş söyür, qızlara el atır. Direktora deyirəm deyir sən pis müəllimsən. Valideynə dedim şikayət edib nazirliyə. Heç kim maraqlanmır .Günahkar məni çıxardırlar .Sabah qızlara təcavüz etsə, böyüyəndə kim günahkar olacaq? Müəllimi əzdikcə belə hadisələr çox olacaq. "