Bağçanın direktoru 2 ay öncə dəyişmiş və Səidə xanım yeni direktor kimi təyin olunmuşdur. Amma maraqlı olan budur ki, bağçadan 200-ə yaxın uşağı həftə sonuna kimi bağçadan çıxatmaq qərarı vermişdir. Bu valideynlər üçün gərgin bir vəziyyət yaratmışdır. Uşağının tərbiyəsini əmanət etdiyi, illərdir övladını bağçaya göndərdiyi halda birdən-birə sizin övladınızın heç bir sənəddə adı yoxdur fikri ilə qarşılaşırlar. Hər bir valideyn öz işini, gündəlik proqramını müəyyənləşdirdiyi halda anidən yaranan bu vəziyyət hər kəsi narahat etmişdir. Direktordan səbəbi soruşduqda, əvvəlcə, Regional Təhsil İdarəsindən rəsmi qərar olduğunu bildirsə də, təhsil idarəsinə gedib maraqlanıb həll edəcəyini bildirsə də, səhəri gün "heç kim mənə yaxınlaşmasın" deyə məlumat verib.
Burada əsas kimi vurğulanır ki, qeyri yollarla bağçaya düzələn uşaqların sənədləşmə işləri aparılmaması və dərhal bağçadan çıxarılması qərarıdır.
Maraqlı olan budur ki, bu uşaqlar illərdir o bağçaya gedir, bağçaya qəbul edilib. Valideynə yalandan sənədləri qaydasındadır deyilib, valideynlərin çoxu işə gedirlər. Bu zaman uşaqları bağçada olur. Həqiqətən bu valideynlərin və ən əsası da bu uşaqların günahı nədir?
Jurnalda adları, sənədlərdə adları olduğunu bilən valideynlərə birdən-birə sizin övladınızın heç bir sənəddə adı yoxdur deyilir.
Bu uşaqların aqibəti necə olacaq?
Valideynlər necə etsin?
Bir vətəndaş kimi problem olanda bizim Nazirliyə müraciət edib yardım almaq və problemin həll olunması bizim haqqımızdır. Hələ də söhbət uşaqlardan gedirsə, daha diqqətli olmaq lazımdır. Uşağın psixologiyası, təhsili, il sonu üzrə təlim nəticələri-hamısı nəzərə alınmalıdır.
Bu qüsur görməkdən gəlinməyəcək qədər önəmli bir problemdir.
Amma nə direktor, nə Regional Təhsil İdarəsi, nə də Nazirlik kömək etmir.
Niyə Nazirlik ən azından ilin sonuna kimi uşaqlar üçün indiyə kimi olan bu şəraiti təmin etmir?
Qışın günü uşaqları bağçadan çıxarmaqla uşaqlara vurulan ziyanı düşünürlərmi?
Bəs valideynlərin təhsilimizə, bağçalara qarşı düşüncəsi, ictimai etimad Nazirliyi düşündürürmü?
Niyə 4 ildir, 3 ildir bağçaya gedən uşaqların adları heç bir sənədləşmədə yoxdur?
Qanunla sənədləşmədə yoxdur, çıxarılmalıdır-anlayırıq .
Bəs bu özü qanunsuzluq deyilmi?
İllərdir valideynləri aldatmaq? Bəs hanı o uşaqların psixologiyası, təlimi, inkişafı? İndi niyə bunu kimsə düşünmür?
Bu qədər insanı aciz vəziyyətdə buraxmaq, qanun belədir deyib qaçmaqla iş həll olur?
Ortada bir problem var və həll olunmalıdır. Problemi həll etməkdən hamı qaçır.