Məktəblinin dostu vəzifə etibarilə müəllim - şagird - valideyn arasında əlaqə yaratmalı, şagirdlərlə nisbətən həmyaşıd olduqlarına görə onlara sözlərini deməsi məqsədilə yaradılmışdır.
Bu layihə Azərbaycanda iflasa uğramışdır. Məktəb, müəllim, valideyn hətta şagird tərəfindən belə əksərən xoş qarşılanmamışdır.
Başqa ölkələrdə belə bir layihə var deyə Azərbaycanda da mütləq olmalıdır yanaşması tamamilə yanlışdır. Elə bu baxımdan da gəlin yaranmış vəziyyəti təhlil edək:
1. Deyirlər təxminən həmyaşıd olduqları üçün uşaqlar onlara problemini deyir.
Bu məktəbin psixoloqları nə üçündür? Psixoloq yaşından asılı olmayaraq hər bir insanla əlaqə saxlamaq, münasibət qurmaq imkanına malikdir.
2. Universiteti bitirən hər hansı bir insan bu işlə məşğul olur, müəllimlər də universiteti bitirir. Onda ən son işə qəbul olunan müəllimlər də azyaşlı olduğu üçün elə şagirdlər onlara da problemini deyə bilər.
3. Şagirdlər onsuz da "Məktəblinin dostu" nədir bilirlər, bu sirr deyil, qəhrəman da deyillər. Bir uşaq söz demək istəsə, deyər. Bu yaş məsələsi deyil, ola da bilməz.
3. Koridorda gəzirlər intizam olur deyirlər. Əvvəla, məktəbdə daxili nizam intizam onsuz da olmalıdır. Əsl idarəçi məktəbi idarə etməyi bacarmalıdır. İkincisi, məktəbdə növbətçi müəllimlər olur. Hər hansı otaqdan baxdıqda biz həmin müəllimləri görürük.
4. Müəllimlə valideyn arasında əlaqə yaradır deyirlər. Birincisi, müəllim-şagird-valideyn münasibətini onsuz da müəllim təmin etməlidir. Peşəkar bir müəllim "effektiv sinif mühiti", "təhlükəsiz sinif mühiti", "dəstəkləyici mühiti" qurmağı bacarmalıdır.
5. Məktəblinin dostunun psixoloq kimi sənədi varmı? İlkin tibbi yardım üçün sənədi varmı? Problemhəlletmə deyirsiniz, düşünürsünüzmü ki, hələ ailə həyatı qurmayan, heç özünü tam dərk etməyən, təcrübəsiz, övlad nədir bilməyən dostlar məktəblilərə necə dostluq edəcək?
6. Məktəbin psixoloqu, tibb işçisi, növbətçisi olduğu halda bu artıq dostlara ehtiyac varmı?
7. Ən maraqlı cəhəti isə satqınlıq edən, əksinə problem yaradan, rüşvətlə işləyən, gününü keçirib evə gedən dostlar da çoxluq təşkil edir.
Bu layihəyə ayrılan maliyyə təhsilimiz üçün itkidir!