15 ildir biz kurikulum sisteminə keçmişik və kurikuluma dair bütün araşdırmaları, yenilikləri ARTİ gətirib. Beynəlxaq münasibətlər, başqa ölkələrdə vəziyyət, inteqrasiya, təhsili daha da keyfiyyətli hala gətirmək üçün bütün tədbirləri ARTİ təşkil edib. Əgər bu gün 1 addım atmışıqsa, bunu ARTİ-yə borcluyuq.
İndi isə 15 il sonradan TKTA həmin sistemi yoxlamaq üçün tövsiyyələr verir, qiymətləndirmə edir, təlimlər keçir. Bu həqiqətən gülünc səslənir. Düşünürsünüzmü, ən dərinliyinə kimi bilənlər, tətbiq edənlər, gətirənlər qalıb kənarda bir agentlik yaranıb heç bir şeylə əlaqəsi olmayanlar təlim keçir.
Bu, sözün əsl mənasında, biabrçılıqdır.
Üstəlik universitetdə müəllim-professor heyyətinə təlim keçmək özü gülünc haldır. Müəllimlərə təhqirdir. Madam ki, "öyrənməyi öyrənmək" kompetensiyası var. Bütün məktəblər, müəllimlər cəhd edir. Düşünmürsünüzmü ki, sizin yoxladığınız və ya təlim keçdiyiniz professor-müəllim heyəti o adı aldıqlarına görə inanın ki, sizdən də yaxşı öyrənərlər.
Belə bir şeyə də ehtiyac varsa, bu işi ustadlardan öyrənə bilərlər. Bu işi peşəkarlarından öyrənə bilərlər, YƏNİ ARTİ-DƏN!