TKTA, "Nə yoğurdun, nə yaptın, hazırca kökə tapdın!"
TKTA haqqında maraqlı olan cəhətlərdən biri də heç bir sahə üzrə mütəxəssis olmamasıdır. Təsəvvür edin ki, Kurikulumu gətirən, yaradan, tətbiq edən, yenilikləri gətirən, öyrədən eyni adamlardır, ARTİ mütəxəssisləridir. Üstəlik ARTİ Qiymətləndirmə düşərgələri təşkil edir, metodist hazırlığı, Müavinlər üçün təlim, direktorlar üçün təlim, müəllimlər üçün təlim, kitab çıxarırlar, araşdırma edirlər və s. Bununla paralel TKTA gedib məktəbə təlim keçib. Mövzu nədir? Qiymətləndirmə.
Deyəsən, yaxşıca kopya çəkir ARTİ-dən.
Bəs TKTA nə edir? Bu agentliyin məqsədi nədir? Təhsil sistemimiz üçün necə bir fəaliyyət göstərir? Necə bir keyfiyyət artımı ilə təmin edir? Hansı işləri görür?
Məktəbə gedir yoxlayır. Yaxşı, kurikulum nədir, necə gəldi, necə hazırlandı, nə tələb edir, dəyişikliklər hansılardır, necə etmək lazımdır, araşdıran, ərsəyə gətirən, öyrədən şəxslər qalıb bir tərəfdə, heç bir şeylə əlaqəsi olmayan, heç bir prosesdə iştirak etməyənlər oturub başda yoxlama keçirirlər.
Bax burda deyiblər:
TKTA, "Nə yoğurdun, nə yaptın hazırca kökə tapdın!"