
Cəlilabad rayon Adnalı kənd Seymur Səfərov adına tam orta məktəbdə vakant yer mövcuddur.
Tehsilmedia.az-a daxil olan şikayətə görə, direktor ibtidai sinif üzrə vakansiya olmasına baxmayaraq, yerdəyişmə vakansiyasına çıxarmır. Bununla bağlı direktora müraciət olunub. Direktor isə bildirib ki, başqa kənddən gələn müəllim var və bu vakant yer onun üçün saxlanılıb. Cəlilabad rayon Təhsil sektor müdirinə müraciət etməyimizə baxmayaraq, qənaətbəxş cavab ala bilmədik.
Bu barədə aidiyyatı qurumlara müraciət olunub.
Ümid edirik ki, tezliklə bu problem həll olunacaq.