Zaman-zaman dövrü mətbuatda vəzifəsindən sui-istifadə edərək, rəhbərlik etdiyi təhsil müəssisəsini öz şəxsi məqsəd və maraqları üçün qazanc obyektinə çevirən xanım məktəb direktoru barədə çeşidli məlumatların şahidi olmuşuq. Bu cür məlumatlara bu gündə rast gəlirik. Hətta daha betərlərinə belə.
Şəmkir rayon Xanalılar kənd tam orta məktəbinin direktoru Elnarə Mustafayeva barəsində
TehsilMedia.az-a bir sıra şikayətlər daxil olub.
Şikayətə əsasən direktor məktəbi öz qaydaları əsasında idarə edir.
Məktəbdə vəziyyət pis gündədir və məktəb tullantı məbədinə çevrilib.
Direktorun özbaşınalıqları bitib-tükənmək bilmir. Elnarə Mustafayeva məktəbdə başqa-başqa şəxslərin adından pul yığır.
Buna görə hətta o töhmət alıb.
Bu barədə qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq amma zənglərimizə cavab verən olmadı.