Sentyabrın 19-da gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən
TƏHSİL MEDİA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
Fəridə Ağaxanlı