Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Motivasiya ilə uğur arasında əlaqə: Uşaqlara necə dəstək olmalı?

Elm və təhsil

Bugün, 13:08



Təhsildə uğur yalnız biliyin ölçülməsi ilə məhdudlaşmır, eyni zamanda şagirdin daxili dünyasının, motivasiyasının və məqsədə doğru irəliləmək əzminin göstəricisidir. Müasir pedaqogikanın əsas prinsiplərindən biri motivasiyanın öyrənmədəki rolunu vurğulamaqdır. Araşdırmalar göstərir ki, motivasiyalı şagirdlər daha fəal, məsuliyyətli və uğura meyilli olurlar. Bəs müəllim və valideynlər bu prosesdə şagirdə necə dəstək ola bilər?

Motivasiya, şagirdlərin öyrənmə fəaliyyətinə daha böyük maraq göstərməsinə səbəb olur. Motivasiya şagirdlərin məqsədlərini müəyyən etməsinə və onlara nail olmaq üçün çalışmasına yardım edir. Aydın məqsədlər və bu məqsədlərə çatma istiqamətində irəliləyiş, şagirdlərdə özünəinamı artırır. Motivasiyalı şagirdlər, dərs materialını daha yaxşı mənimsəyir, tapşırıqları vaxtında yerinə yetirir və akademik baxımdan daha uğurlu olur. Motivasiya yalnız bilik qazanmaq üçün deyil, həm də şagirdlərin sosial və emosional inkişafı üçün əsas şərtdir. Öyrənmə prosesində motivasiya şəxsiyyətin formalaşmasına, özünü ifadə etməsinə və həyat boyu öyrənmə bacarıqlarının yaranmasına töhfə verir. Motivasiya, xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıyır.

Müəllim Nazlı Yusifova deyir ki, motivasiya - insanın müəyyən məqsədə çatmaq üçün daxildən və ya xaricdən gələn istək və hərəkət qüvvəsidir. Uğur isə həmin məqsədə çatmaqdır. Daxili motivasiyaya sahib şagirdlər öyrənməyə maraq göstərir, suallar verir, özünü inkişaf etdirməyə çalışırlar. Xarici motivasiya isə bəzən müvəqqəti nəticə versə də, uzunmüddətli uğur üçün kifayət etmir.

Müəllim deyir ki, motivasiyasızlıq öyrənməyə marağın azalmasına, passivlik və dərslərdə iştirakın zəifləməsinə, özünə inamsızlığa səbəb olur: “Bu məqamlarda şagirdlərə müəllimlərin dəstək göstərməsi çox vacibdir. Hər şagirdin potensialı, maraq dairəsi, öyrənmə üslubu və psixoloji ehtiyacları fərqlidir. Müəllimlər bunu nəzərə alaraq fərqli tədris metodları tətbiq etməlidir. Müəllim ilk növbədə şagirdi yaxından tanımalı, onun güclü və zəif tərəflərini müəyyən etməlidir. Qrup qarşısında deyil, şəxsi ünsiyyətdə verilən müsbət rəy daha təsirlidir. Maraqlarına uyğun tapşırıqlar motivasiya üçün əla vasitədir. Yalnız səhvlərə deyil, nailiyyətlərə də diqqət yönəltmək motivasiyanı artırır. Şagirdə məqsəd qoymağı öyrətmək və bu məqsədə çatmaq üçün plan qurmaq bacarığını aşılamaq lazımdır. Qrup işi, debatlar, layihə əsaslı öyrənmə motivasiyanı gücləndirir. Şagirdin səhvlərini qınamaq yox, onları öyrənmə fürsəti kimi təqdim etmək lazımdır. Seçici münasibət motivasiyanı azaldır, ədalətli davranış isə şagirdin inamını artırır. Buna görə də müəllim şagirdlərinə ədalətli münasibət göstərməlidir. “Sən bacararsan”, “Yaxşı cəhd idi”, “Bu sahədə inkişaf edirsən” kimi ifadələr ruhlandırıcı təsir göstərir. Müəllim bu kimi ifadələrlə şagirdinə motivasiya verməlidir. Motivasiya ilə uğur arasındakı əlaqə açıq şəkildə göstərir ki, yalnız biliyin ötürülməsi kifayət deyil – şagirdin öyrənməyə həvəsi, məqsədli fəaliyyəti və mənəvi dəstəyi də vacibdir. Müəllimlər bu istiqamətdə addımlar atmalı, hər bir şagirdin potensialını üzə çıxarmaq üçün şərait yaratmalıdır. Uğura gedən yolda motivasiya ilk addımdır, dəstək isə o yolu aydınlaşdıran işıqdır”.Nazlı Yusifovanın dediyinə görə, müəllim şagirdin qarşısına real və ölçülə bilən məqsədlər qoymağa kömək etməlidir. Şagirdə özünüqiymətləndirmə bacarığı aşılamalı, kiçik uğurları böyük məqsədlərin başlanğıcı kimi təqdim etməlidir. Müəllimin öz davranışı, danışığı və enerjisi birbaşa şagirdə ötürülür. Həvəslə dərs keçən müəllim, motivasiya edən müəllimdir: “Müəllim öz həyat təcrübələrindən, çətinliklərdən və nailiyyətlərdən danışarsa, şagird üçün ilham mənbəyi olur. Bununla yanaşı, müəllim mütəmadi olaraq şagirdin inkişafını izləməli və təqdir etməyi unutmamalıdır. “Əvvəllə müqayisədə daha yaxşı yazmısan”, “Bu sahədə irəliləyiş göstərmisən” kimi ifadələr şagirdin özünəinamını artırır və onu daha çox çalışmağa həvəsləndirir.

Uşağın təhsil uğuru yalnız akademik biliklərlə deyil, həm də onun özünə inamı, yəni öz gücünə və bacarığına olan psixoloji əminliyi ilə sıx bağlıdır. Özünə inanan şagird təşəbbüskar olur, çətinliklərdən qorxmur və uğura doğru davamlı irəliləyir. Bu inamın əsası isə, ilk növbədə, ailədə – valideynlərin münasibət və davranışlarında formalaşır. Valideynin münasibəti, dəstəyi və davranışları şagirdin psixoloji inkişafına birbaşa təsir edir.

Həkim-psixoloq Arifə Məmmədovanın sözlərinə əsasən, özünəinam - insanın öz qabiliyyətlərinə, qərarlarına və dəyərlərinə güvənməsidir. Bu xüsusiyyət uşağa yeni bilikləri asan qavramağa, səhvlərdən dərs almağa, cəmiyyət içində fikrini sərbəst ifadə etməyə kömək edir. Özünəinamı olmayan uşaq susqun, passiv və təşəbbüsdən uzaq olur. Ən kiçik tənqidə qarşı həssas olur, öz bacarıqlarına şübhə ilə yanaşır: “Valideyn uşağın ilk müəllimi və ən güclü təsir mənbəyidir. Onun davranışları, sözləri və münasibəti uşağın daxili dünyasında dərin iz buraxır. Özünəinamın inkişafı üçün valideyn aşağıdakı sahələrdə mühüm rol oynayır. Uşağın fikrini dinləmək və ona dəyər vermək, onun özünü “dəyərli” hiss etməsinə şərait yaradır. Hər bir sualına səbir və maraqla yanaşmaq, uşağın öz fikrini ifadə etməyə təşviq edir. Uşaq hər zaman nəzarət altında olduqda qərar vermə bacarığı zəifləyir.Valideyn uşağa kiçik məsuliyyətlər verməli, nəticələri ilə üzləşməyə şərait yaratmalıdır. Bu da onun “bacarıram” hissini gücləndirir. Daim tənqid edilən uşaqlar qorxur, səhv etməməyə çalışırlar və riskdən qaçırlar. “Sən bu işi yaxşı bacarırsan”, “Sənin fikrin maraqlıdır”, “Səhv etdin, amma yenidən cəhd edə bilərsən” kimi cümlələr özünəinamın təməlidir. Uşağı başqa uşaqlarla müqayisə etmək (qardaş-bacı, sinif yoldaşı və s.) onun özünəməxsusluğunu dəyərsizləşdirir. Müqayisə yerinə, onun öz şəxsi inkişafını izləmək və kiçik uğurlarını belə qeyd etmək daha faydalıdır. Uşağınıza etibar edin - bacarması üçün ona inandığınızı göstərin. Uşağın səylərini qiymətləndirin -nəticə yox, çalışmaq və cəhd etmək önəmlidir. Hər zaman mükəmməllik gözləməyin – səhv öyrənmə prosesinin bir hissəsidir. Özünəinam problemi olan uşaqlar üçün məktəb psixoloqundan və ya məsləhətçidən dəstək almaqdan çəkinməyin. Ailə içində sevgi və anlayış mühiti yaradın – özünü sevilən və qəbul olunmuş hiss edən uşaq özünə də inanmağa başlayır. Özünəinam – hər bir şagirdin təhsil və həyat yolunda lazım olan ən vacib psixoloji dayaqdır. Valideynin düzgün yanaşması, dəstəkləyici münasibəti və motivasiyaedici davranışı bu inamın formalaşmasında həlledici rol oynayır. Unutmaq olmaz ki, özünə inanan uşaq - gələcəkdə öz yolunu cəsarətlə gedən, məsuliyyətli və uğurlu bir şəxsiyyətə çevrilir. Bu yolun başlanğıcı isə ailənin ona verdiyi inamla başlayır”.Psixoloq qeyd edib ki, uğurlu şagird yalnız yüksək qiymət alan və testlərdə yaxşı nəticə göstərən deyil. Uğurlu şagird öz gücünə inanan, səhvlərdən qorxmayan, tənqidi və yaradıcı düşünə bilən, öz inkişafına cavabdeh olan bir fərddir. Belə bir şagird yetişdirmək üçün sadəcə tədris planı deyil, psixoloji dəstək və sosial mühit də düzgün qurulmalıdır: “Uşaqların özünə inamı ilk növbədə ailədə və məktəbdə yaşadığı təcrübələrdən formalaşır. Onlara erkən yaşlardan etibarən qərar vermək imkanı yaradın, məsuliyyət verin, uğurlarını qeyd edin. Uşağa deyin: “Sən necə düşünürsən?” -bu sadə sual onun düşüncəsinin dəyərli olduğunu göstərir. Uğur, çox zaman bir neçə uğursuzluqdan sonra gəlir. Uşağa səhv etməkdən qorxmamağı öyrətmək onun risk etmə bacarığını artırır və bu da həm özünəinamı, həm də gələcək uğurları artırır. Səhvlərə görə utanmaq deyil, öyrənmək vərdişi qazanan şagird həyat boyu inkişafa açıq olur. Qiymət əsaslı yanaşma şagirdin özünü yalnız nəticəyə görə dəyərləndirməsinə səbəb olur. Halbuki çalışqanlıq, səy, irəliləyiş kimi proses göstəriciləri də motivasiya və özünəinam üçün əsasdır. “Sən bu dəfə daha çox çalışdın” – bu cümlə “5 aldın” sözündən daha güclü motivasiya yaradır. Təhsil mühitində şagirdlər bir-birini lağa qoyursa, səhvlərə görə gülünürsə və ya müqayisələr aparılırsa, özünəinam zədələnir. Müəllim və valideynlər müqayisədən uzaq, bərabərlik əsaslı yanaşma tətbiq etməlidir. Uşaq yalnız “mükafat alacam” və ya “tənqid olunmayım” deyə oxuyursa, bu motivasiya dayanıqlı deyil. Onun öyrəndiklərinin həyatla əlaqəsini göstərin, maraq oyadın, hədəf qoymasına kömək edin. Valideyn və müəllim uşağa açıq şəkildə inandığını bildirəndə, uşaq da özünə inanmağa başlayır. Bu psixoloji güvən uğur üçün təməl faktordur. Uşağa inanmaq, ona gələcəkdə hansı adam olacağını xatırlatmaqdır. Özünəinam və uğur bir-birini tamamlayan iki gücdür. Bu gücü şagirdin içində oyatmaq üçün müəllimlər və valideynlər ilk növbədə ona dəyər verdiklərini, səhvlərinə dözümlü olduqlarını və onun potensialına inandıqlarını göstərməlidirlər. Şagird özünü güclü hiss etdikcə uğurlar qazanır, nəaliyyətlər əldə edir”.

Oxunub: 27
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

5-01-2025, 22:02

Uşağın məktəbdəki uğur və uğursuzluğu: Cəmiyyətin ortaq məsuliyyəti

Elm və təhsil

5-03-2025, 17:27

İmtahanla bağlı valideynlərə XƏBƏRDARLIQ

Elm və təhsil

8-01-2025, 10:27

Şagirdlərin oxu bacarıqlarını artırmaq üçün yeni yanaşma

Elm və təhsil

1-07-2024, 16:56

Qadınların akademik göstəriciləri kişilərdən yüksək olur

Şikayətlər

2-02-2024, 23:20

Müəllimləri də motivasiya etmək lazımdır!

Araşdırma
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Elm və Təhsil
Bugün, 13:08
Motivasiya ilə uğur arasında əlaqə: Uşaqlara necə dəstək olmalı?
Bugün, 13:07
Plan yerləri boş qala bilər - DİM sualları yumşaldacaq?
Bugün, 13:06
Bu kolleclərdə yeni rəhbər təyinatları olub
Bugün, 13:05
Sertifikasiya: Müsahibə mərhələsinin əsas MEYARLARI
Bugün, 00:10
Məleykə Abbaszadə: "Bəzən valideynlər öz arzularını uşaqları üzərindən reallaşdırmağa çalışırlar"
Bugün, 00:09
Növbəti tədris ili ilə bağlı vacib yenilik
Hadisə
Dün, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
3-07-2025, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Son xəbərlər
  • Bugün, 13:08
    Motivasiya ilə uğur arasında əlaqə: Uşaqlara necə dəstək olmalı?
  • Bugün, 13:07
    Plan yerləri boş qala bilər - DİM sualları yumşaldacaq?
  • Bugün, 13:06
    Bu kolleclərdə yeni rəhbər təyinatları olub
  • Bugün, 13:05
    Sertifikasiya: Müsahibə mərhələsinin əsas MEYARLARI
  • Bugün, 00:10
    Məleykə Abbaszadə: "Bəzən valideynlər öz arzularını uşaqları üzərindən reallaşdırmağa çalışırlar"
  • Bugün, 00:09
    Növbəti tədris ili ilə bağlı vacib yenilik
  • Bugün, 00:08
    Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
  • Dün, 19:19
    Təhsil yoxsa ticarət? – Direktor və ailəsinin Qusar məktəbində qurduğu sistem ifşa oldu
  • Dün, 13:50
    "Akademik göstərici Scopus-la müəyyənləşdirilməlidir"
  • Dün, 13:49
    ATU tələbələri istənilən ölkədə rezidentura oxuya bilər
  • Dün, 13:49
    Yaponiyada yeni fənn tədrisinə başlanılıb
  • Dün, 13:48
    Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir
  • Dün, 13:47
    DİM "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib
  • Dün, 13:47
    Paytaxtda IX sinif üzrə 2 370 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
  • Dün, 13:46
    Avstraliyada təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • Dün, 13:45
    Rus dilinin sonu yaxınlaşır -Təhsildə dəyişiklik SİQNALLARI
  • Dün, 13:42
    MİQ-də apellyasiya müraciətləri başladı
  • Dün, 13:22
    Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi
  • Dün, 01:16
    Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
  • 3-07-2025, 11:33
    Sumqayıtda nitq problemi olan uşaqların sayı artır: Valideynlərə xəbərdarlıq - MÜSAHİBƏ
  • 3-07-2025, 09:56
    Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
  • 2-07-2025, 16:57
    Tanınmış jurnalistdən rusdilli məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA: "Mövcud xaosu aradan qaldırmaq üçün..."
  • 2-07-2025, 10:22
    Sertifikasiyada uğursuzluq: müəllimlər özlərini necə toparlaya bilər?
  • 2-07-2025, 10:21
    Təhsildə yüksək nəticə: Qızlar, yoxsa oğlanlar?
  • 2-07-2025, 10:19
    Təkrar sertifikasiyadan kəsilən müəllimlər işlə təmin edilə bilər
  • 2-07-2025, 10:15
    Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.
  • 2-07-2025, 00:01
    Azərbaycanda rusdilli məktəblər bağlanır...
  • 2-07-2025, 00:00
    Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
  • 1-07-2025, 23:59
    Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
  • 1-07-2025, 23:58
    Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
  • 1-07-2025, 23:56
    Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
  • 1-07-2025, 11:32
    Məktəbli formaları 25 faiz UCUZLAŞDI
  • 1-07-2025, 11:30
    Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI
  • 1-07-2025, 11:29
    Sertifikasiya: Suallar çətindirsə, vaxt artırılmalıdır?
  • 1-07-2025, 11:28
    Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib
Daha çox
3-07-2025, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
Dün, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
30-06-2025, 12:35
Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Dün, 13:22
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi
30-06-2025, 12:37
İkinci iş yerində çalışmaq istəyən müəllimlərin NƏZƏRİNƏ!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə