Ümumtəhsil müəssisələrində baş verən neqativ hallarla bağlı sorğular araşdırılır və müvafiq tədbirlər görüləcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə bildirib.
"Müəllimlərin nüfuzu bizim üçün çox önəmlidir. Onların fəaliyyətinə verilən əsas dəyər, qiymət onların şagirdlərinin nəticələridir", - E.Bağırov vurğulayıb.