11-ci siniflər buraxılış imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinin cavablarının hələ də açıqlanmamasından dolayı narahatlıqlarını bildirirlər. Dövlət İmtahan Mərkəzinə (DİM) bu barədə sorğu ünvanladıq.
Mərkəzdən sorğumuza cavab olaraq bildirildi ki, 3 və 10 martda keçirilən imtahanlar üzrə apellyasiyanın nəticələrinin eyni vaxtda – mayın 24-dək elan edilməsi nəzərdə tutulub:
“Hazırda 11-ci sinif buraxılış imtahanlarının nəticələri ilə bağlı abituriyentlərin müraciətləri araşdırılma mərhələsindədir.
9-cu siniflərin 1-ci istiqamət imtahanları (17 mart) üzrə apellyasiya müraciətlərinin qəbulu bu gün başa çatır. Digər 2 istiqaməti (7 və 21 aprel) üzrə isə müraciətlərinin qəbulu hələ başlamayıb. Burada da apellyasiya nəticələrinin eyni vaxtda – iyun ayının ilk ongünlüyündə elan edilməsi planlaşdırılır”.
(Azedu.az)