Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) 17 mart 2024-cü il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahan keçirilib.
Maraqlıdır, nəticələr nə vaxt açıqlanacaq?
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, 17 mart tarixində IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur:
"Nəticələr hazır olan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil",- deyə mərkəzdən bildirilib.