İyulun 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 38 182 vətəndaş müraciəti daxil olub.
Nazirlikdən bildirilib ki, müraciətlərin 26 451-i çağrı mərkəzləri, 4 717-si sosial media, 2 018-i elektron, 1 212-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 3 784 müraciət qeydə alınıb.
Müraciətlər müəllimlərin işə qəbulu, eləcə də yerdəyişməsi, məktəbəhazırlıq qruplarına qəbul, tələbə köçürülməsi və digər məsələlərlə bağlı olub.