Sentyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 54 465 vətəndaş müraciəti daxil olub.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, müraciətlərin 38 873-ü çağrı mərkəzləri, 372-si sosial media, 4 778-i "WhatsApp" vasitəsilə olduğu halda, 2 122-si elektron, 1 316-sı isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 7004 müraciət qeydə alınıb.
Müraciətlər məktəbəqədər təhsil müəssisələrinə qəbul, tələbə köçürülməsi, müəllimlərin işə qəbulu, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.