Təqaüd, pensiya alanlar üçün güzəşt olacaq
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə bu qurumdan təqaüd,pensiya və digər növlərdə müavinat alanlar üçün güzəşt,həmçinin endirimləri nəzərdə tutan loyallıq platformasının yaradılmasına qərar verilmişdir. Hər zaman sosial dəstəkçi fəaliyyətləri ilə seçilən "EDU Company" Təhsil Şirkəti də artıq bu Layihə çərçivəsində rəsmi olaraq əməkdaşlığa başladığını elan edir. Beləliklə,Dövlət Sosial Müdafiə Fondundan bütün növ təqaüd,pensiya və müavinat alan şəxslər,həmçinin onların ailələri "EDU Comany" Təhsil Şirkətinin filiallarından xidmətlər üzrə 10 % Endirim əldə edəcəklər.