
MDPİM - Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi MİP çərçivəsində dərsdinləmələr edir. Nəticə varmı? Onlara görə, sözsüz ki, var. Bəs real olaraq nəticə varmı? Yoxdur! Bu uşaqların "evcik-evcik" oynaması kimi bir şeydir. Normal əgər müdirləriniz və işçiləriniz varsa, özünüz açıq dərslər keçin. Canlı, bütün müəllim, valideyn heyyətinin davamlı izləyəcəyi dərslər keçirin. Bütün fənlərdən və bir yarımili. Yəni 1 dərs deyil. Orda dərslər arası əlaqə, sinif idarəetməsi, izahlar, KSQ, BSQ, açıq dərs, dərnək, sinifdənkənar fəaliyyət-hamısını bir-bir göstərin. Əminəm ki, təhsilimiz mükəmməl səviyyədə inkişaf edər. Amma etmirlər! Çünki ötən illərdə MİQ, Sertifikasiya imtahanı vaxtında ARTİ müəllimlərinin sualların cavabını izah etməsini hər birimiz gördük. Tamamilə savadsız, tamamilə bərbat bir vəziyyət idi. Sonra da bu biabrçılıqlarını təkrarlamadılar. Çünki savad səviyyələri ortaya çıxdı. Özləri bir sualı oxuyarkən variantları unudur, variantı oxuyarkən sualı unudurdular, cavabları səhv izah edirdilər. Heç kim də istefa etmədi, töhmət almadı, işdən çıxarılmadı. Öz tələlərinə özləri də düşdü. Amma yenə də səhvlərini qəbul etmədilər. Eyni sistemlə insanların həyatı ilə oynamağa davam etdilər. Bəs bu uğursuz #MDPİM layihələri, işləri, savadsız müdirləri və rəhbəri, metodikadan qəti xəbəri olmayan, slaydı üzündən oxuyub ağalıq edən təlimçiləri, getdikcə artırdığı bazar, "Hər şeyi öyrətməyək, bizdən asılı olsunlar və ordan yoxlamalarla pul qazanaq, təlimlər keçirək, davamlı üstündən pul yeyək" siyasəti və bu əsasda etdiyi qanunsuzluqlar bitmək bilmir. Kimsə də buna müdaxilə etmir. Uğursuz təşkilatçılıq, uğursuz fəaliyyət...
Nəzakət Mehdiyeva rəhbərliyi, müdirləri, təlimçiləri öz savadsızlığı ilə müəllimlərimizə nə öyrədə bilərlər???