Metodikada, Psixologiyada, Pedaqogikada, şəxsi inkişafda belə bir anlayış var: "Seçim nəzəriyyəsi". Yəni insanların öncəliyi nədir? Hansı ehtiyaclar öncə gəlir?! Sıravi savadlı hər bir kəs tərəfindən bilinən bir nəzəriyyə və faktdır. Elm və Təhsil Naziri Emin Əmrullayev təhsildə davamlı müsabiqə, festivalın, elm günlərinin olmasını uğur kimi vurğulayır. Düzgündür, amma bu bu gün bizə lazımdırmı? Əsas ehtiyacımız budurmu? Təhsilə ayrılan pulu bu kimi layihələrə yönəltmək nə dərəcə düzgündür???
Təmirsiz məktəblər, istilik sistemi olmayan məktəblər, maddi texniki bazası və infrasturkturu olmayan məktəblər varkən, "təmin etmədən tələb etməyi" əsas götürərkən bu nə dərəcə düzgündür? Müəllimlərin vəziyyəti ortada, keçirilən təlimlər ortada, məktəblərdə gündəlik artan bıçaqlanma, döymə, döyülmə, içki, narkotik və s kimi problemkər ortada ikən həqiqətən bu addımlarmı atılmalıdır?!
Kimə nəyi sübut edirik? Gündəlik xəbərlər onsuz Azərbaycan təhsilinin vəziyyətini ortaya qoyur. Ölkə-ölkə gəzmək, sosial şəbəkədə yalandan göz boyamaq üçün atılan addımlar yalandan başqa nəsə deyil!.
Nə vaxt ölkəmizi, təhsilimizi, şagirdlərimizi, xalqımızı düşünəcəksiniz?
Nə vaxta kimi belə ölkə-ölkə gəzmək, lazımsız əlaqələr və bitməyən layihələr olacaq? O pulları əsl yerlərinə, əsl sahiblərinə nə vaxt verəcəksiniz?