Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydası açıqlanıb.
TehsilMedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hazırda Türkiyədə 27 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır:
"Həmin tələbələrin ölkəyə qayıdışı onların təhsil aldıqları ali təhsil müəssisəsindəki təhsilin təşkili formasına uyğun olaraq, şəxsi seçimləri əsasında tənzimlənir".