Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Gənc tədqiqatçı” müsabiqəsinə yekun vurulub.
Bu barədə "TehsilMedia.az"a institutdan bildirilib.
Müsabiqənin münsiflər heyətinin qərarı ilə "Hərbi təyinatlı pilotsuz uçuş aparatlarının stabilizasiya sisteminin işlənməsi” işinə görə institutun İnnovativ Tədqiqatlar Qrupunun rəhbəri Namiq Heydərov birinci yerə layiq görülüb. Digər əməkdaşlardan İlahə Abdullayeva ikinci yeri, Lamiyə Sadıqlı isə üçüncü yeri tutub.
İnstitutun digər gənc əməkdaşları Ramil Məmmədov və Xəyalə Orucova müsabiqədə fəal iştirak etdiklərinə görə sertifikatlarla təltif olunublar.
TƏHSİL MEDİA