Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı Beynəlxalq Forum öz işini yekunlaşdırıb.
Agentlikdən "TehsilMedia.az”a bildirilib ki, forumun 2-ci günü ali təhsil müəssisələrinin üzvləri üçün vorkşoplar təşkil edilib. Vorkşoplarda xarici ekspertlər tərəfindən təhsil proqramlarının dizaynı, xarici keyfiyyət təminatı prosesində müstəqillik və məsuliyyətin əhəmiyyəti və problem əsaslı öyrənmənin təşkili üçün strategiyalar və üsullar müzakirə edilərək qabaqcıl təcrübələr iştirakçıların diqqətinə çatdırılıb.