"Hələ də hazırlığa ehtiyacı olan müəllimlər var".
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, riyaziyyat fənni üzrə müəllimlər düstur və anlayışda yüksək nəticə əldə etsələr də, məsələ həllində təkmilləşməyə ehtiyac var:
"Elə rayonlar var ki, hər beş müəllimdən biri riyaziyyat fənni üzrə sertifikatlaşdırılması prosesində nəticə göstərə bilməyib. Ümumilikdə 40 % müəllim bu fənn üzrə yüksək nəticə göstərib. Suallar həmişə standartlara uyğun yazılır".
Nazir bildirib ki, bütün problemlər ibtidai siniflər üzrə baş verir:
"Riyaziyyat və Azərbaycan dili fənni üzrə göstəricilər yaxşıdır. Təbii ki, əsas məsələ baza təhsilində qazanılan uğurdur. Bu həll edilsə daha yaxşıdır".