Etik davranış qaydalarının pozulmasına görə müəllimlərin işdən azad edilməsi halları artıb...
Müəllimlərin etik davranış qaydalarına riayət etməsi mütləqdir. Etik davranış qaydalarınln pozulmasına görə müəllimlər intizam məsuliyyətinə cəlb olunurlar. Etik davranış qaydalarına bütün müəllimlər mütləq şəkildə riayət etməlidir. Hər hansı etik davranış qaydası pozulduqda 1 il müddətinə müəllimlər işdən uzaqlaşdırılır, əgər yenidən hər hansı etik davranışı pozarsa, ömürlük işdən azad edilir. Amma bəzi hallarda BİRBAŞA İŞDƏN AZAD EDİLMƏSİ qərarı da verilə bilər.Nəzərə almaq lazımdır ki, müəllimlik müqəddəs sənəddir. Hər birimiz övladlarımızın təlim-tərbiyəsini müəllimlərə həvalə edirik amma təəssüflər olsun ki, bu heç də hər zaman özünü doğrultmur. Müəllimlər peşə etikasına zidd hərəkətlər edirlər. Xüsusilə texnologiyanın geniş şəkildə yayıldığı bir dövrdə müəllimlər sosial şəbəkələrdə bir çox xoşagəlməz, əxlaqa zidd hərəkətlər edirlər. Bu zaman lazımi tədbirlər görülür. Amma maraqlıdır ki, niyə müəllimlər belə edir? Bu gün sertifikasiyadan yüksək bal toplayan bir müəllim başqa saytda, vatsapda xoşagəlməz sözlər, ifadələr işlədir. Qeyri-peşəkar və müəllimə yaraşmayan hərəkətləri, hədə-qorxu gəlmək, təhqirlər, etikadan kənar video, şəkillər və s buna nümunə ola bilər.
İstər-istəməz düşünürük ki, kimsə belə müəllimlərə övlad əmanət etmək istəməz, gələcəyimizi, təhsilimizi əmanət etmək istəməz. Həm də belə müəllimlər dərhal işdən azad edilir. Bu gözəl haldır ki, müəllim adına, şərəf-ləyaqətinə ləkə gətirən, diplomu olub özünü "Allah" hesab edən məxluqlar işdən çıxarılır. Çünku peşəsini uğurlu və gözəl şəkildə yerinə yetirən, təhsilə can qoyan müəllimlərimiz bu kimi özünü idarə edə bilməyən, müəllim adına ləkə gətirən insanların ucbatından layiq olduğu dəyəri görmür.
Hətta düşünürük ki, yeri gəlsə biliyi də bərpa etmək olar amma tərbiyəni heç vaxt! Bəlkə də müəllimlərin belə biliklərini yoxlamaqdansa, tərbiyələrini, əxlaqlarını, mədəniyyətlərini, psixologiyalarını, özünüidarəetməsini yoxlamaq lazımdır. Çünki bu insanlar mikrop kimidir. Ancaq zəhərləyə bilərlər.
Müəllimlərin qiymətləndirilməsinə Etik davranış qaydaları mövzusu əlavə olunsa da, görünən odur ki, müəllimlər heç də bu qanunun nə mahiyyətini, nə də əhəmiyyətini bilmirlər. Beləliklə də, qətiyyən riayət etmirlər. Belə müəllimlərin yazıları, səsyazıları, videoları geniş şəkildə yayılır və müzakirə səbəbi olur. Görəsən belə müəllimlərə işləmək imkanı vermək nə qədər düzgündür? Təhsil-tərbiyə hər şeydir. Müəllimləri işdən azad etsək də, bu problemi həll etmir. Bunun kütləvi qarşısını almaq lazımdır ki, belə hallar yaşanmasın. Müəllimlərin belə özbaşınalıqları bağışlanılmazdır. Həm də işini, peşəsini sevən, şagirdlərə can yandıran müəllimləri təhqir etməkdir. Müəllim adını ləkələyən bu şəxslərin çoxalmasının da qarşısını almaq üçün mütləq tədbirlər görülməlidir.