Təhsilimizin bərbad olmasının heç bir sübuta ehtiyacı yoxdur. Təhsil artıq sahibkarlıq fəaliyyəti kimi istifadə olunan metoda çevrilib.
Meydana sual çıxır ki, bu dərsdən sonra hazırlıq nəyə hesablanıb? Cavab gecikmir : CİBLƏRƏ...
Məktəbdə eyni fənnləri tədris edən müəllim ya evdə fərdi, ya da kurslarda eyni qaydada izah edir, amma, biznes halına çevrilən fənn dərsləri müəllimin cibinə su kimi axdığı halda niyə də dərs saatında dərs keçsin ki???
Regional Təhsil İdarələri və Təhsil sektorları məktəblərdə disiplin qaydaları ilə müəllimlərin dərs saatı bölgülərindən daha çox məncə müəllimlərin təhsildə yaratdığı bu “BİZNESİNƏ” qadağa qoymağa başlasa, təhsildə daha çox nailiyyətlər qazana bilərik.
Bununla yanaşı Dövlət Vergi Xidmətinin də bu məsələ ilə bağlı uyğun tədbir görmələrini xahiş edirik.
SəhərMedia olaraq mövzuya qayıdacağıq.