Son zamanlar məktəbdə oğlan uşaqları birtəhər olublar. Valideynləri və müəllimləri diqqətli olmağa dəvət edirik. Burda gülməli, ya da "ələ salınmalı" nəsə yoxdur. Belə halların bu ildən daha çox diqqət çəkməsi çox amma çox ciddi məsələdir. Düşünmək lazımdır ki, bu da dövrün xəstəliyidir və mütləq ciddi şəkildə müayinə olunmalıdır. Allah qorusun övladlarımızı çətin zamanda yaşayırıq. Məktəblərdə müəllimlərin, evdə valideynlərin çox ciddi yanaşmasını tələb edirik. Sadəcə olaraq müəllim və valideynləri maarifləndirməklə iş bitmir. Burada məktəb rəhbərliyi, kollektivin düzgün əlaqəsi, məktəb psixoloqları, məktəblinin dostu, eyni zamanda həkim kollektivi ciddi addımlar atmalıdır. Yəni bir sözlə, bu özbaşına həll edilməsi lazım gələn məqam deyil. Ciddi bir məqamdır. Mütləq Elm və Təhsil Nazirliyi, MÜTDA proqramlı şəkildə bu halın qarşısını almalıdır. Yoxsa bu gedişat heç yaxşı deyil. Son bir neçə ildir bu hallara görə valideynlər övladlarını məktəbdən çıxardır, ya da cins dəyişdirmə halları, bullinq, inti-h-ar-larla çox tez qarşılaşırıq. Bu baxımdan həyəcan siqnalı ilə dərhal tədbirlər keçirilməsini tələb edirik.