"3 il ardıcıl şəkildə sertifikasiya iştirak edib uğurlu nəticə göstərən müəllimlər ömürlük sertifikasiyadan azad olunmuş hesab olunur".
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.
E.Əmrullayev bildirib ki, bu il sertifikasiya imtahanları ibtidai sinif müəllimləri üçün humanist yanaşma əsasında tərtib olunmuşdu:
"Təbii ki, növbəti illərdə yeni standarlar da hazırlanacaq. Fərqli standartlar olsa da, bugünkü məzmundan elə də ciddi dəyişiklik olmayacaq. Bu gün əsas istəyimiz odur ki, bütün müəllimlər sertifikasiya prosesindən keçsin".