"Sertifikasiya imtahanlarının birinci prosesi 2027-ci ildə başa çatacaq".
TehsilMedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
"Məqsədimiz müəllim heyətinin peşəkar fəaliyyətinə qatqı verməkdir. Həmçinin bu yöndə yeni yanaşmalar da tətbiq edəcəyik", - nazir vurğulayıb.