Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov Rayon Təhsil Sektorlarının müdirləri və PTPK-ların sədrləri ilə onlayn formatda görüş keçirdib.
RTİ əməkdaşlarının da iştirak etdiyi görüşdə xüsusi və fərdi təhsilə cəlb edilən şagirdlərin tədrisi, onların qeydiyyatı və tibbi komissiyadan keçirilmələri ilə əlaqədar müzakirələr aparılmış, Psixoloji-tibbi-pedaqoji komissiyaların sədrlərinə bu işlərlə əlaqədar tapşırıqlar verilmişdir.
Daha sonra məktəbəhazırlıq, I və X siniflərə qəbul, şagird yerdəyişməsi ilə əlaqəli vəziyyət müzakirə olunaraq sektor müdirlərinə qeyd edilən proseslərə ciddi nəzarət etmələri diqqətlərinə çatdırılmışdır.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #MüdirMüavini #Görüş