Emin Əmrullayev son olanlara niyə çıxıb cavab vermir?
Hər keçirilən sertifikasiya imtahanından sonra Emin Əmrullayev brifinq edib sevinə-sevinə müəllimlərə savadsız damğası vurur, onları ələ salır, yüzlərlə müəllimi işsiz, ac-susuz qoyması ilə fəxr edir. Sanki böyük bir iş görmüş kimi gözlərindəki sevinclə böyük bir uğura imza atmış kimi qeyd edir.
Hər il problemli, korrupsiya, satılmış yerli, tapşırılmış imtahanlar keçirir. Xüsusilə bölgələrdə Regionallar müəllimləri nəzarətçi kimi imtahana salır. Belə qanunsuzluqların həddi-hüdudu yoxdur. Suallar problemli, vaxt nəzərə alınmır, səhvlər izah edilmir. Suallar ortaya çıxarılmır. Qanunsuzluq həddi çoxdan aşıb.
İndi Niyə Emin Əmrullayev çıxıb gülə-gülə nə qədər savadsız kadrları olduğunu, əslində ARTİ VƏ MÜTDA-nın tam uğursuz, savadsız, lazımsız, səviyyəsiz bir qurum olduğunu elan etmir.
Niyə gülə-gülə, fəxr edərək onlara savadsız damğası vurmur?
Yoxsa uyduracağı bəhanələri fikirləşib bir vərəqə yazır?